Fəlsəfə
Fəlsəfə nədir?

Fəlsəfə varlığın (yəni təbiət və cəmiyyətin), insan təfəkkürünün və idrak prosesinin tabe olduğu ən ümumi qanuna uyğunluqlar haqqında elm. Fəlsəfə ictimai şüurun qədim və özünəməxsus formasıdır. Nəticə etibarı ilə cəmiyyətin iqtisadi münasibətləri ilə müəyyən edilir.
“Filo” və “sofiya” yunan sözləridir. “Sofiya” hikmət, “filo” isə sevmək deməkdir.“Filosofiya” — “hikməti sevmək” mənasını verir. “Fəlsəfə” isə orta əsr şərq alimlərinin bu yunan sözünü ərəb dilinə uyğun demələrindən yaranıb.İlk dəfə Pifaqor özünü “filosof” adlandırıb və deyib:”Mən öz yerimi bilirəm. Bilirəm ki, hikmət yalnız Tanrı biliyidir və məndə ola bilməz. Mən ancaq hikməti sevə bilərəm“