Fəlsəfə

Fəlsəfi Sözlər

Qədim yunan filosoflarının dünya və insan şərhləri ilə yanaşı yenə insanı izah edən onlarla hekayəsi də yüz illərdir danışıla-danışıla günümüzə qədər çatmışdır.Bunların ən məşhurları Böyük İskəndərə “Kölgə salma başqa lütfkarlıq istəmirəm”-deyən Diogenə aiddir.Bu qədər məşhur olmasa da hələ yazılan, köçürülən bir çox qısa hekayədə yenə insan vəziyyətləri eynidir.

Ezop evində çalışarkən,bir zadəgan qapını vurmadan içəri girər və kitablarına əyilmiş filosofa “belə yalnız necə otura bilirsiniz”- deyər.Ezop başını qaldırar,”Mən tək deyildim`deyər.”amma sən içəri girdiyin andan etibarən nə qədər tək olduğumu anladım.”

Kipr kralı Nikokreonun süfrəsində Sokrat heç danışmadan oturarmış.Niyə belə səssizcə oturduğunu soruşarlar.Filosof belə cavab vermiş:Bura mənim söyləyəcəklərimin yeri deyil; burada deyilməsi lazım olanları da mən bilmirəm, ona görə də susuram…

Kral Dionis Aristoteldən soruşar:Niyə görəsən, hər gün filosoflar hökmdarları ziyarət edərlər də, heç bir hökmdar qalxıb bir filosofu ziyarətə getməz?Aristotel bunda təəccüblənəcək bir şey yox hökmdarım deyər.”Həkimlər yatağından qalxmayacaq xəstələrə gedərlər, çünki o xəstələrin həkimlərə getməsi mümkün dəyildir..

Afina xalqı, dövləti idarə edənlərdən şikayətçi idilər, amma onları necə göndərəcəklərini
heç cür bilməyirdilər.Müzakirələrin sonunda konkret bir fikir çıxmırdı.Bir gün Antisthenes kürsüyə çıxdı: `Afinalılar sizə bir təklifim var:Dərhal bir qərarnamə çıxarıb bütün eşşəkləri at elan edin.Bundan sonra da eşşək deməyin,Həmişə at dəyin.Biri soruşar:Yaxşı bunun bizə nə faydası var?Antisthenes cavab verər: Nə demək nə faydası var?Yeni idarəçi mövzusunda razılaşa bilmədiyinizə görə, həll tapılana qədər eşşəklər tərəfindən idarə olunmaq utancından xilas olmuş olarıq.

Zenon bir şagirdiylə danışır, o nə desə şagirdi davamlı təsdiqləyirmiş.Filosofun səbri tükənmiş və qışqırmış:`Heç olmazsa bir dəfə etiraz et,başqa bir fikir söylə də iki adam
olduğumuzu hiss edim

Bənzər Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

İncələyin
Kapalı
Başa dön tuşu