Motivasiya

Motivasiya anlayışı

Motivasiya: “Motivləşdirmə” latın sözü olub “sövqetmə”, “oyatmaq” mənası verir. İlk dəfə bu termini A.Şopenqauer öz məqaləsində işlətmişdir. Motivasiya insanın müəyyən bir məqsədə çatmaq və ya müəyyən bir davranışı davam etdirmək üçün daxildə və ya xaricdə hiss etdiyi qüvvədir. Motivasiya insanın davranışını istiqamətləndirən, formalaşdıran və davam etdirən amil kimi müəyyən edilə bilər. Motivasiyanın iki əsas növü var: daxili motivasiya və xarici motivasiya.

Daxili Motivasiya: Bu motivasiya növü fərdin öz daxili dəyərləri, maraqları, və ya şəxsi məmnuniyyəti ilə idarə olunur. Daxili motivasiya bir insanın bir işi yalnız ondan həzz almaq və ya şəxsi məmnunluq əldə etmək məqsədi ilə yerinə yetirməsini əhatə edir.

Xarici Motivasiya: Bu cür motivasiya xarici amillərdən yaranır. Mükafatlar, cəzalar, tanınma və digər xarici amillər şəxs üçün bir işi yerinə yetirmək üçün xarici motivasiya mənbəyi kimi xidmət edə bilər.

Motivasiya insanlara məqsədlərə nail olmaq, performanslarını artırmaq və çətinliklərin öhdəsindən gəlmək şansı verir. Həvəsləndirilmiş insan daha çox səy göstərir, daha uğurlu olur və məqsədlərinə çatmaq üçün lazım olan addımları atmağa daha çox hazır olur.

Bənzər Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu