Nobel

Marie Curie

Mariya Salomea Küri (fr. Marie Curie; polyak. Maria Salomea Skłodowska-Curie 7 noyabr 1867 Varşava, Polşa çarlığı, Rusiya imperiyası – 4 iyul 1934 Sanselmoz) — polyak əsilli fransız kimyaçısı və fiziki. İki dəfə Nobel mükafatı laureatı (fizika (1903) və kimya (1911) sahəsində).Mariya Skladovska 1867-ci ildə Polşada dünyaya gəlmişdir, o, radioaktivlik sahəsində fəaliyyətinə görə məşhurdur və iki dəfə Nobel mükafatına layiq görülmüşdür. 1903-cü ildə Henri Bekkerel və həyat yoldaşı Pyer Küri ilə bərabər fizika üzrə Nobel Mükafatı qazanmış və daha sonra 1911-ci ildə kimya üzrə Nobel mükafatının tək laureatı olmuşdur. Radium elementini kəşf etmişdir. Mariya Küri yeganə alimdir ki, Nobel mükafatına iki ayrı-ayrı sahədə almağa nail olmuşdur. Həmçinin Nobel mükafatına ilk dəfə iki dəfə layiq görülmüş yeganə qadındır. Elementlərin öz-özünə şualanmasına radioaktivlik adını məhz Mariya və Pyer Küri vermişdir. Həyat yoldaşı Pyer Küri ilə birlikdə polonium və radium elementini kəşf etmişdir.

Bənzər Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu